DÜNYA


Ukraynada son bir ildə qənd ixracı 9 dəfə artıb

Bakı, 2 iyun, AZƏRTAC

Ukraynada son bir ildə qənd ixracı 9 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna bu ilin yanvar-mart aylarında 131,5 milyon dollar dəyərində 267,4 min ton qəndi ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çox deməkdir. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında Ukraynadan xarici ölkələrə 15,2 milyon dollar dəyərində 29,6 min ton qənd ixrac edilib.

Hesabat dövründə Ukrayna şirkətləri qəndi ən çox Afrika və Asiya ölkələrinə ixrac edib ki, bu da 108,8 milyon dollar dəyərində olub. Avropa bazarlarında isə bu məbləğ cəmi 21,2 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.