DÜNYA


Ukraynada son sutkada 1112 nəfər koronavirusa yoluxub

Kiyev, 2 avqust, AZƏRTAC

Ukraynada son günlər koronavirusa yoluxma hallarında artım qeydə alınmaqdadır.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ukraynada son sutkada 1112 nəfər koronavirusa yoluxub, 16 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma Kiyev, İvano-Frankovsk və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 72 min 168 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1725 nəfərdir, 39 min 543 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.