DÜNYA


Ukraynada son sutkada 3500-ə yaxın insan koronavirusa yoluxub

Kiyev, 23 sentyabr, AZƏRTAC

Ukraynada son sutka ərzində 3500-ə yaxın insan koronavirusa yoluxub.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə son sutkada 3497 nəfər koronavirusa yoluxub, 63 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Odessa, Xarkov və Ternopol vilayətlərində qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 184 min 734 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3705 nəfərdir, 81 min 670 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.