DÜNYA


Ukraynada son sutkada koronavirusa 1022 yoluxma faktı qeydə alınıb

Kiyev, 29 iyul, AZƏRTAC

Ukraynada son sutkada 1022 nəfər koronavirusa yoluxub, 21 nəfər isə dünyasını dəyişib.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ən çox yoluxma Kiyev, İvano-Frankovsk və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 67 min 597 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1650 nəfərdir, 37 min 394 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.