DÜNYA


Ukraynada son sutkada koronavirusa yoluxma və ölüm halları artıb

Kiyev, 23 iyun, AZƏRTAC

Ukraynada son sutkada koronavirusa yoluxma və ölüm halları artıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 833 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 38 min 74 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 1035 nəfərdir.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.