DÜNYA


Ukraynada son sutkada koronavirusdan 107 nəfər həyatını itirib

Kiyev, 14 oktyabr, AZƏRTAC

Ukraynada son sutka ərzində koronavirusdan 107 nəfər həyatını itirib.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 5590 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib. Ən çox yoluxma halları Kiyev, Odessa, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 276 min 177 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5229 nəfərdir, 118 min 699 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.