DÜNYA


Ukraynada son sutkada koronavirusdan ölüm hallarında antirekord qeydə alınıb

Kiyev, 8 sentyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2411 nəfər koronavirusa yoluxub, 57 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 140 min 479 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 2934 nəfərdir, 63 min 546 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.