MƏDƏNİYYƏT


Ukraynada soydaşımız solo konsertlər verəcək

Kiyev, 24 avqust, AZƏRTAC

“O səs Ukrayna” yarışının iştirakçısı, soydaşımız, müğənni Vaqif Nağıyev Ukraynada solo konsertlər verəcək.

Bu barədə AZƏRTAC-a məlumat verən V.Nağıyev bildirib ki, oktyabr-dekabr aylarında Ukraynanın Kiyev, Xarkov, Odessa və Dnepr şəhərlərində solo konsert proqramları ilə çıxış edəcək. Bunun üçün artıq təşkilati işlərin hazırlığına başlanılıb.

Konsertdə Azərbaycan, Ukrayna və Avropanın estrada musiqi əsərlərinə, o cümlədən bəstəkar mahnılarına yer veriləcək.

V.Nağıyev həmçinin vurğulayıb ki, soydaşlarımızdan ibarət qrupun yaradılması istiqamətində də işlər aparılır. Ona görə də istedadlı musiqiçilərin bir arada olması üçün müsabiqə elan edilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.