DÜNYA


Ukraynada sükut günündə kütləvi qanun pozuntusu qeydə alınıb

Kiyev, 20 iyul, AZƏRTAC

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı elan edilən sükut günündə kütləvi qanun pozuntusu qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Seçki Müşahidəçi Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin 10 vilayətində qanunsuz təbliğat halları, sosial şəbəkələrdə siyasi reklamların yerləşdirilməsinə dair kütləvi pozuntular qeydə alınıb. Bundan başqa, namizədlərin təbliğat bilbordları yayılıb, bəzilərinin təbliğatı ilə bağlı SMS xəbərlər göndərilib.

Qeyd edək ki, Ukraynanın seçki qanunvericiliyinə görə, sükut günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar, sorğuların nəticələrinin dərci qadağan olunur.

Xatırladaq ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.