DÜNYA


Ukraynada ümumi səfərbərlik müddəti daha 90 gün uzadılır

Ukraynada ümumi səfərbərlik müddəti daha 90 gün uzadılır

Kiyev, 6 fevral, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin uzadılması haqqında fərmanların təsdiq edilməsi haqqında qanun layihələri təqdim edib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Ali Radasının saytında yerləşdirilən layihələrə əsasən, fevralın 19-dan sonra Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılacaq.

Xatırladaq ki, Ukrayna 2022-ci il fevralın 24-də səhər saatlarından Rusiyanın genişmiqyaslı hücumu başlayandan sonra hərbi vəziyyət tətbiq edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.