DÜNYA


Ukraynada yanacaqdoldurma məntəqəsində 3 nəfər güllələnib

Kiyev, 18 sentyabr, AZƏRTAC

Ukraynanın Nikolayev şəhərində qazdoldurma məntəqəsində 3 nəfər güllələnib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, “Faktor” qazdoldurma məntəqəsində üzərlərində zorakılıq əlamətləri ilə olan üç meyit aşkarlanıb.

“Ölənlərin cəsədlərini səhər saatlarında həyat yoldaşının yanına gələn yanacaqdoldurma məntəqəsi işçilərinin birinin xanımı aşkar edib. Öldürülənlərdən ikisi yanacaqdoldurma məntəqəsinin işçiləridir”, - deyə məlumatda qeyd olunub.

Faktla bağlı cinayət işi açılıb, cinayətkarın həbsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.