İDMAN


Ukraynada yaşayan gənc soydaşımız: Əsas hədəfim taekvondo üzrə olimpiya çempionu olmaqdır

Kiyev, 3 may, AZƏRTAC

Bu günlərdə taekvondo idman növü üzrə Ukrayna çempionu olan 17 yaşlı soydaşımız Teymur Səidinin əsas hədəflərindən biri olimpiya çempionu olmaqdır.

Hələ 5 yaşından bu idman növü ilə məşğul olan soydaşımız ilk məşqlərini Bakıda keçirib. Teymur Səidi AZƏRTAC-a açıqlamasında bildirib ki, onun ilk müəllimi Azərbaycan Taekvondo Federasiyasının məşqçisi Sənan Həşimov olub.

“Baxmayaraq ki, özümdən yaşca böyük insanlarla birlikdə məşq edirdim, bu, məndə əksinə əlavə güc yaradırdı. Məşqlərə daha məsuliyyətlə yanaşırdım. Hələ uşaq ikən Olimpiya çempionu Radik İsayevlə birgə məşq keçirirdim. “O mənim həm kumirim, həm də dostum oldu”, - deyə Teymur Səidi əlavə edib.

“Qara kəmər” adına hələ 2016-cı ildə 12 yaşında olarkən qazanan idmançı soydaşımız ailəsi ilə birlikdə Ukraynaya köçür. Burada Ukraynanın ən güclü taekvondo məktəbində məşqlərini davam etdirir. Kiyevdə Ukraynanın Taekvondo üzrə gənclərdən ibarət millinin məşqçisi Valeriy Bruns yanında məşq edən Teymur Səidi tez bir zamanda millinin üzvlüyünə qəbul edilir.

Aprelin sonlarında Xarkovda keçirilən taekvondo üzrə Ukrayna çempionu olan Teymur Səidi həm də idman ustası adına layiq görülüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.