MƏDƏNİYYƏT


Ukraynada yaşayan heykəltəraş soydaşımız Atatürkün büstünü hazırlayıb

Kiyev, 15 sentyabr, AZƏRTAC

Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov tərəfindən Osmanlı-türk paşası, siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstü hazırlanıb.

Bu barədə AZƏRTAC-a K.Məmmədovun özü məlumat verib.

Azərbaycanın Ukraynadakı səfirliyi və heykəltəraşın birgə təşəbbüsü ilə hazırlanan büst tuncdandır. Büstün postamentlə birlikdə hündürlüyü 2 metrə yaxındır.

K.Məmmədov bildirib ki, büst noyabrın 10-da Atatürkün anım günündə Türkiyənin Ukraynadakı səfirliyinə hədiyyə ediləcək. Bu münasibətlə Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, Atatürkün büstünün Türkiyənin Ukraynadakı səfirliyinin giriş hissəsinə qoyulacağı nəzərdə tutulur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.