DÜNYA
Ukraynada “yol terroru”: 6 ayda 1237 ölü
Kiyev, 25 iyul, AZƏRTAC
Bu ilin 6 ayının rəsmi statistikasına görə, Ukrayna ərazisində sutka ərzində yol qəzasından orta hesabla 7 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Patrul Polisi Departamenti rəisinin birinci müavini Aleksey Beloşitski mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, hesabat dövründə 68 min yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunların nəticəsində 13 min nəfər xəsarət alıb, 1237 nəfər isə həyatını itirib.
Yol qəzalarının 35 faizi sürət həddinin aşması, 21 faizi manevr qaydalarının pozulması səbəblərindən baş verib.
Qeyd edək ki, 2017-ci ildə Ukraynada yol qəzasından 3432 nəfər həyatını itirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]