İQTİSADİYYAT


Ukraynadakı biznes forumda sahibkarlar Azərbaycanın iqtisadi imkanları barədə məlumatlandırılıb

Kremençuk, 19 sentyabr, AZƏRTAC

Xarici iqtisadi əlaqələr sahəsində Azərbaycanın strateji tərəfdaşlarından biri Ukraynadır. Bu ölkə güclü tədqiqat və istehsal potensialına malikdir, inkişaf etmiş sənaye, kənd təsərrüfatı və nəqliyyat infrastrukturuna malikdir. Hər iki ölkənin iqtisadiyyatının potensial imkanları iqtisadi əlaqələrin yeni əsasda qurulmasını zəruri edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın Kremençuk şəhərində keçirilən “UrbanBinznesfest” biznes forumunda çıxışı zamanı Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Kamal Xəlilov deyib.

O bildirib ki, Ukraynanın coğrafi mövqeyi Azərbaycanın bu ölkədən Avropaya nəqliyyat dəhlizi kimi istifadə etməsini mümkün edir. Cənubi Qafqazda isə Azərbaycan Ukraynanın ən vacib siyasi və iqtisadi tərəfdaşıdır. Qeyd etmək lazımdır ki, regional və beynəlxalq məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir, eyni zamanda, bütün məkanlarda bir-birlərinin ərazi bütövlüyü və suverenliyini davamlı olaraq dəstəkləyirlər.

K.Xəlilov daha sonra Azərbaycanda xarici sahibkarlar üçün münbit şəraitin yaradılması haqqında məlumat verərək Ukraynanın iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıb.

Biznes forumdan sonra şirkət rəhbərləri ilə görüş keçirilib. Azərbaycan və Ukrayna arasında birgə iqtisadi layihələrin reallaşdırılmasının istiqamətləri müəyyənləşdirilib.

Daha sonra səfirliyin nümayəndəsi ilə şəhər meri Vitali Maletskiy arasında görüş keçirilib. Görüşdə iki ölkənin regionları arasında əməkdaşlığın daha da güclənməsinin vacibliyi vurğulanıb. Görüşün sonunda merə Azərbaycan adından merə İrəvan xanlığına aid olan xalçalara dair kitab təqdim edilib. K.Xəlilov bildirib ki, İrəvan xalçaları Azərbaycanın tarixən daha çox tanınan xalçalar qrupuna aiddir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kremençuk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.