Ukraynadakı hərbi əməliyyatlar Avropada peşəkar yük maşını sürücüləri çatışmazlığını daha da artırıb
AzerTAg.az
Madrid, 8 may, AZƏRTAC
Ukraynadakı hərbi əməliyyatlar Avropa bazarında peşəkar yük maşını sürücüləri çatışmazlığını daha da artırıb.
AZƏRTAC xəbər verir ki, İspaniya Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (Astick) məlumatına əsasən, 2021-ci ilin sonuna kimi qeydiyyatdan keçmiş 380-425 min vakant iş yeri ilə yanaşı, bu sahə üzrə 166 mindən çox vakant yer də əlavə olunub. 166 min vakansiya Ukrayna, Belarus və Rusiyadan olan, Avropada işləyən və hərbi münaqişə səbəbindən işlərini tərk etmiş yük maşını sürücülərinə aiddir.
Yük maşını sürücülərinə tələbatın artmasının digər səbəbi e-ticarətin pandemiya vaxtı inkişaf etməsi ilə bağlıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin mətnində orfoqrafik səhv var