MƏDƏNİYYƏT


Ukraynalı caz ifaçıları Bakıda çıxış ediblər

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində caz musiqisindən ibarət konsert olub.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunan konsertdə Ukraynanın gənc caz ifaçıları çıxış ediblər. “Ukraynanın parlaq uşaqları” (“Яскраві діти України”) ictimai təşkilatı və Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsertdə bu ölkəyə məxsus caz mahnıları ilə yanaşı, məşhur caz hitləri də ifa edilib. Belə ki, “Soul shadows”, “Blue skies”, “All about that bass”, “Tell me something”, “Respect” və digər caz kompozisiyaları tamaşaçıların ürəyincə olub.

Konsert çərçivəsində belaruslu Maşa Yermakova isə “Oops” mahnısını səsləndirib.

Caz ifaçıları möhtəşəm çıxışları ilə musiqi və emosiyalar arasındakı bağlılığı bir daha nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.