İDMAN


Ukraynalı çempion: dünya çempionatında qızıl medalı qazandığım üçün çox xoşbəxtəm

Bakı, 21 sentyabr, AZƏRTAC

Güclü rəqiblərim vardı və hər döyüş öz-özlüyündə çətin idi. Ölkəm üçün qızıl medal qazandığıma çox xoşbəxtəm. Bu günü həyatım boyu xatırlayacağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qızıl medalına sahib olan Ukrayna təmsilçisi Darya Beloded söyləyib.

D.Beloded qeyd edib ki, Bakıda keçirilən çempionat dünya standartları səviyyəsində təşkil olunub. “Biz özümüzü evimizdə olduğu kimi hiss edirik və buna görə təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm”, -deyə çempion əlavə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.