SİYASƏT
Ukraynalı deputat: Ermənistan beynəlxalq hüququn normalarını və humanitar atəşkəs rejiminin tələblərini pozub
Kiyev, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının cəbhəyanı zona hüdudlarından kənarda yerləşən Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşlərinə tutulması nəticəsində 9 nəfər, o cümlədən 3 qadın həlak olub, daha 34 nəfər, o cümlədən 16 qadın və 6 azyaşlı uşaq həlak olub. Uşaqlar... Bu, dəhşətdir!
Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
L.Marçenko deyib: “Ermənistan beynəlxalq hüququn normalarını və humanitar atəşkəs rejiminin tələblərini pozub. Mən öz vədlərini pozan hökuməti, xüsusən bu vədlər insan həyatı, dinc vətəndaşların həyatı ilə bağlı olduqda anlaya bilmirəm! Həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]