SİYASƏT
Ukraynalı deputat: Müasir Azərbaycan tarixinin bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır
Kiyev, 11 dekabr, AZƏRTAC
Azərbaycanın bugünkü uğurlarının böyük bir hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Kiyevdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransda Ukrayna Ali Radasının deputatı Xviça Meparişvili söyləyib.
Deputatın sözlərinə görə, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
X.Meparişvili bildirib ki, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev ölkəyə rəhbərliyinin hələ birinci dövründə Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, müstəqilliyin təminatı üçün möhkəm bünövrə qoyub. Qeyd edib ki, Ulu Öndər müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqın qəlbində özünə əbədi heykəl ucaldıb.
Deputat vurğulayıb ki, hələ SSRİ dövründə vəzifədə olan Heydər Əliyev Ukrayna, Gürcüstan və digər dövlətlər üçün misilsiz xidmət göstərib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev