CƏMİYYƏT


Ukraynalı ekoloq: 650 min ağac əkilməsi ekoloji sistemin bərpası üçün çox vacib təşəbbüsdür

Kiyev, 8 noyabr, AZƏRTAC 

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu il Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi barədə təşəbbüsü gözəl ideyadır. Ekoloji sistemin bərpası üçün ağac əkilməsi zəruri və faydalıdır”.

Kiyev ictimai platformasının ekologiya istiqamətinin əlaqələndiricisi, “Qoloseyevski” Milli Parkının nümayəndəsi Andrey Xrutba bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

A.Xrutba deyib: “Təbiətdə hər şey qarşılıqlı əlaqəlidir. Buna görə də ekoloji sistemlər bərpa edilməsə bəşəriyyət böyük problemlərlə üzləşə bilər. Cəmiyyətin diqqətini qlobal problemlərə və onların həlli məsələlərinə cəlb etmək üçün bu cür təşəbbüslər müstəsna əhəmiyyətə malikdir.

Biz iqlim dəyişmələri, bu dəyişikliklərə uyğunlaşma barədə çox danışırıq. Belə tədbirlərin ən mühüm cəhəti onların həyata keçirilməsində cəmiyyətin, onun məsul dairələrinin iştirakıdır. Çox yaxşı haldır ki, bu təşəbbüs yüksək səviyyədə həyata keçirilir və əhali bu barədə geniş məlumatlandırılıb. Ağacəkmə ekoloji tərbiyənin mühüm məqamıdır. Bizim gələcəyimiz gündəlik vərdişlər əsasında formalaşır. 650 min ağac əkilməsi aksiyası sayəsində planetimizdə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşa bilər və bunun nəticələri uzun müddət hiss olunacaq. Mənim fikrimcə bu, bütün dünyada ekoloji aksiyalar keçirilməsi üçün çox düzgün nümunədir”.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu il noyabr ayında bir gün ərzində 650 min ağac əkiləcək. Bu təşəbbüs dahi şairin irsini təbliğ etməklə yanaşı, həm də insanları, xüsusən gənc nəsli ətraf mühiti qorumaq, ekoloji problemlərin həlli üçün səyləri birləşdirmək barədə çağırışdır.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.