DÜNYA
Ukraynalı ekspert: Ölkədə hərbi vəziyyətin müddətinin 30 günədək azaldılması prezident seçkilərinə təsiri sıfıra endirib
Kiyev, 27 noyabr, AZƏRTAC
Ukraynada hərbi vəziyyətin elan edilməsinin prezident seçkiləri ilə bağlı olması ehtimalı azdır.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında ukraynalı siyasi ekspert Petro Oleşuk söyləyib. Onun sözlərinə görə, belə bir niyyət var idi. Əvvəlcə Ukraynada hərbi vəziyyətin 60 gün müddətinə elan edilməsi Ali Radada müzakirəyə çıxarılsa da, bu, deputatların kəskin etirazına səbəb olub. Ekspert hesab edir ki, hərbi vəziyyətin müddətinin 30 günədək azaldılması prezident seçkilərinə təsiri sıfıra endirib. Bu müddət martın 31-nə təyin edilən prezident seçkilərinə təsir etməməlidir.
Qeyd edək ki, Ukrayna Ali Radasının qərarı ilə noyabrın 28-dən etibarən Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində 30 gün müddətinə hərbi vəziyyət elan edilib. Bu barədə qərar Rusiya silahlı qüvvələrinin Kerç körfəzində Ukraynaya məxsus gəmilərə silahlı müdaxiləsindən sonra verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]