REGİONLAR


Ukraynalı hərbi ekspert: Ermənistanın müharibə cinayətlərinə beynəlxalq məhkəmə instansiyalarında baxılmalıdır

Gəncə, 28 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Ermənistan Azərbaycanın Gəncə şəhərində hansısa hərbi obyektlərə zərbə endirmək adı altında dinc əhaliyə qarşı cinayət törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Gəncə şəhərində səfərdə olan ukraynalı jurnalistlərdən ibarət nümayəndə heyətinin üzvü, “İnformasiya müqaviməti” qrupunun hərbi eksperti Aleksandr Kovalenko Vətən müharibəsinin gedişində Ermənistanın törətdiyi müharibə cinayətlərindən danışarkən deyib.

“Bu müharibə cinayəti cəzasız qalmamalıdır. Fikrimcə, bu məsələyə birbaşa beynəlxalq məhkəmə instansiyalarında baxılmalıdır”, - deyə hərbi ekspert bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.