SİYASƏT


Ukraynalı hərbi jurnalist: Azərbaycan qısa zamanda işğaldan azad etdiyi torpaqları tezliklə dirçəldəcək

Kiyev, 10 oktyabr, AZƏRTAC

Azərbaycanın qısa zamanda işğaldan azad etdiyi torpaqları dirçəldəcəyinə, bu bölgəyə həyat gətirəcəyinə inanıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədovla görüşündə Ukraynanın hərbi jurnalisti Roman Boçkala söyləyib.

Zəfərlə bitən “Dəmir yumruq” əməliyyatından həmən sonra Qarabağa səfər edən və “Daşları toplamağın vaxtı gəldi” adlı sənədli filmi çəkən hərbi jurnalist Roman Boçkala dəhşətli dağıntıların canlı şahidi olduğunu bildirib. Ağdam, Füzuli və Şuşada gördüyü vandalizm əməllərinin miqyasından danışan hərbi jurnalist ədalətin qələbəsinə sevindiyini bildirib: “Qarabağ Qələbəsi bizə torpaqlarımızı azad etməyin mümkünlüyünü bir daha sübut etdi, bizi ümidləndirdi”.

UAR baş katibi Ceyhun Məmmədov söyləyib ki, haqq uğurunda birləşən, gücünü ədalətdən alan xalqımızın qarşısında düşmən 44 gün ərzində darmadağın oldu. “Azərbaycan öz ərazi bütövlüyünü birliyinin gücü ilə, dostlarının birliyinin gücü ilə bərpa elədi” deyən baş katib Ukraynanın Azərbaycanla dostluğuna və strateji əməkdaşlığına da diqqət çəkib.

Ceyhun Məmmədov bildirib ki, bütün dünyadakı Azərbaycan diasporu kimi Ukrayna Azərbaycanlıları da bir yumruq kimi birləşdi və Azərbaycan naminə fikirdə, sözdə və əməldə bir olmağı bacardı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.