DÜNYA


Ukraynalı jurnalistlər “Bayraktar TB2”lərə həsr olunmuş film çəkiblər

Ukraynalı jurnalistlər “Bayraktar TB2”lərə həsr olunmuş film çəkiblər

Bakı, 29 yanvar, AZƏRTAC

Ukraynalı jurnalist Nataliya Moseiçuk və komandası “Bayraktar TB2” pilotsuz hücum kompleksinə həsr olunmuş “Bayraktar Legend Wings” (Bayraktar əfsanə qanadları) adlı sənədli film hazırlayıblar.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ukraynalı jurnalistlər filmin çəkilişləri üçün üç gün İstanbulda olublar. Ekran əsəri Ukraynanın ən böyük telekanallarından olan 1+1 kanalında yayımlanıb.

Filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Bayraktar TB2”lərin inkişaf mərhələsindən danışıblar.

Ekran əsəri “Baykar Technologies” adlı yutub kanalında və Ukraynanın digər televiziya kanallarında da yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.