REGİONLAR


Ukraynalı jurnalistlər Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazilərə baş çəkiblər FOTO

Gəncə, 28 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Ölkəmizdə səfərdə olan ukraynalı jurnalistlər sentyabrın 28-də Gəncə şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bögə müxbiri xəbər verir ki, ukraynalı jurnalistlər ötən il oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri, cəbhə zonasından kənarda yerləşən Gəncədə Ermənistan silahlı qüvvələrinin raket atəşi nəticəsində törədilən cinayətin izləri ilə tanış olublar. Məlumat verilib ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutur, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışırdı. İşğalçı dövlətin silahlı qüvvələri bununla da beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozdular. Bu qanlı terror hadisəsi Ermənistanın dövlət səviyyəsində terroru himayə edən ölkə olduğunu bir daha sübut etdi. Gəncə şəhərinin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmən ölkənin məkrli məqsədlərindən xəbər verir. Düşmənin Gəncə şəhərinə ardıcıl raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.