İQTİSADİYYAT


Ukraynalı nazir Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış olub

Bakı, 7 dekabr, AZƏRTAC

Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayevin və ölkəmizdə səfərdə olan Ukraynanın İnfrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Logistika Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tərəflər Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər haqqında geniş müzakirələr aparıb. V.Krikli nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına maraqlı olduğunu qeyd edib.

Qonaqlar Abşeron Logistika Mərkəzinin layihəsi ilə də yaxından tanış olublar. Onlara mərkəzin fəaliyyəti, logistikanın inkişafı istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.