DÜNYA


Ukraynalı qaçqınlar onlara sığınacaq vermiş ölkələrdə işə düzəlirlər

Praqa, 17 may, AZƏRTAC

Çexiya, Macarıstan, Almaniya və bir sıra başqa dövlətlərin KİV-ində verilən məlumata görə, ukraynalı qaçqınlar onları qəbul etmiş və sığınacaq vermiş ölkələrdə fəal şəkildə iş axtarır və onu uğurla tapırlar.

AZƏRTAC xəbər verir ki, müharibə gedən bu ölkədən olan qaçqınların 50 mindən çoxu Çexiyada iş tapıb. Bir qayda olaraq, işəgötürənlər işçi qəbul edərkən bu barədə müvafiq məşğulluq xidmətlərinə məlumat verməyə borcludurlar. Ukraynalı qaçqınları əsasən mövcud olan və elan edilmiş vakansiyalara qəbul edirlər. Bu vakansiyaların çoxu istehsal, tikinti, xidmət və ya nəqliyyat sahələrində uzun müddət boş qalmış yerlər olur.

Son aylarda gəlmiş ukraynalıların təqribən üçdəbir hissəsinin sözlərinə görə, onlar ali məktəb məzunlarıdır. Ukraynalı qaçqınların 23 faizinin orta təhsil haqqında, 17 faizinin peşə təhsili haqqında sənədləri var. Qaçqınların qalan üçdəbir hissəsi baza təhsilinə malikdir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.