MƏDƏNİYYƏT


Ukraynalı rəssamın Azərbaycana olan sevgisi onun rəsm əsərlərində əksini tapıb

Jitomir, 19 iyun, AZƏRTAC

Ukraynanın Jitomir şəhərində ukraynalı rəssam İrina Benderovskinin Azərbaycanla bağlı əsərlərinin sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, İncəsənət Qalereyasında ukraynalı rəssamın Azərbaycanla bağlı çəkdiyi əsərlərin sərgisi iştirakçıların rəğbətinə səbəb olub. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşəbbüsü, Ukraynada yaşayan diaspor fəallarının dəstəyi və təşkilatçılığı ilə keçirilən sərgidə, həmçinin rəssamın müxtəlif mövzularda çəkdiyi əsərlər də nümayiş olunub.

Sərgidə çıxışçılar rəssam İrina Benderovskiyə Azərbaycana olan sevgisi və göstərdiyi diqqətə görə təşəkkür ediblər.

Jitomir Aqrar Universitetinin rektoru Oleq Skidan, ukraynalı deputat və Jitomir Aqrar Universitetinin prorektoru İvan Martinçuk çıxışlarında iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də səmimi əməkdaşlığın olduğunu vurğulayıblar.

Rəssam İrina Benderovski 2018-ci ildə Bakıda olduğunu xatırladıb və Azərbaycanla bağlı daha bir neçə şəkil çəkəcəyini söyləyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Jitomir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.