MƏDƏNİYYƏT


Ukraynalı sənətşünas Rəngkarlıq Muzeyində mühazirə deyib

Bakı, 29 sentyabr, AZƏRTAC

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində ukraynalı sənətşünas, media üzrə menecer, müasir incəsənət kuratoru və publisist Konstantin Doroşenko mühazirə keçib.

AZƏRTAC xəbər verir ki, “Bu, xaos deyil: Ukrayna və Azərbaycan müasir incəsənətində humanizm” adlı mühazirə rus dilində təqdim edilib.

Mühazirə müəllif tərəfindən, Azərbaycan rəssamı Rəşad Ələkbərovun Venesiya Biennalesində (2015) nümayiş olunan "Bu, xaos deyil" əsərindən təəssüratlanaraq hazırlanıb.

Tədbir çərçivəsində K.Doroşenko, 2015-ci ildə yazdığı “Son Dəmir dövrünün axırı” kitabına istinadən, Azərbaycan və Ukraynanın müasir rəssamları haqqında danışıb, maraq doğuran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.