ELM VƏ TƏHSİL


Ukraynalı sənətşünas-ekspert Milli Azərbaycan Tarixi Muzeyində

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində ukraynalı sənətşünas-ekspert, rəssam Yuliya Tarasenko ilə görüş olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və müvafiq təhsil müəssisələri nümayəndələrinin də iştirak etdikləri görüşdə “Memarlıq bizimlə necə danışır” mövzusunda fikir mübadiləsi aparılıb. Eyni zamanda, müxtəlif tarixi dövrlərdə Avropada və İslam dünyasında, həmçinin Bakı şəhərində mövcud olan Şərq və Qərb memarlıq üslubları haqqında ətraflı məlumat verilib, slayd təqdim olunub.

Sonda Y.Tarasenko iştirakçılara incəsənət tədbirlərinin fərdi və ictimai mədəniyyətin inkişafına təsiri mövzusunda anketlər təqdim edib və onların rəylərini öyrənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.