MƏDƏNİYYƏT
Ukraynalı yazıçı: 2021-ci ildə biz ukraynalıların Nizami Gəncəvinin yaradıcılığı ilə tanış edilməsi ilə bağlı maraqlı layihələr görəcəyik
Kiyev, 7 yanvar, AZƏRTAC
Pandemiya və bəşəriyyət üçün təhdidlərlə dolu 2021-ci il arxada qaldı. 2021-ci il həm dirçəliş, əbədi və sarsılmaz dəyərlərin aktuallaşdırılması ili, həm də dahi mütəfəkkir və şair Nizami Gəncəvi ili olacaq (yeri gəlmişkən, Nizaminin vətəni qədim Gəncə şəhəri mənim atamın da ata yurdu sayılır). İnanıram ki, yaradıcılığı humanizm, sevgi, mərhəmət kimi ülvi hissləri təcəssüm edən Nizaminin 880 illiyinin qeyd olunması bu il ən yaddaqalan hadisələrdən biri olacaq.
Tanınmış ukraynalı yazıçı, Taras Şevçenko adına Milli mükafat laureatı Qriqori Hüseynov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə Gəncə Azərbaycana və bütün dünyaya mədəniyyət sahəsində böyük dahilər bəxş edib.
“Bu il Nizami ədəbi irsinin populyarlaşdırılması aktuallaşdırılır və bu, bütün çətinliklərə baxmayaraq ümumbəşəri dəyərlərin və sevginin əsas olan bənzərsiz bir dövrün mirasıdır. Əminəm ki, 2021-ci ildə biz ukraynalıların Nizami Gəncəvinin yaradıcılığı ilə tanış edilməsinə yönəlmiş çoxsaylı layihələrin şahidi olacağıq. Düşünürəm ki, bu, ukraynalıların Azərbaycan barədə düzgün təsəvvürlərinin formalaşdırılması üçün çox vacib olacaq. Kitablarımda, xüsusən də “Uşaqlıq etirafı"nda Nizami və Gəncə mövzuları xüsusi yer tutur. Ədəbi və mədəni irsin populyarlaşdırılması üzrə Azərbaycanın təcrübəsi dünyanın müxtəlif yerlərində Azərbaycanın həyata keçirdiyi düzgün mədəni diplomatiyanın nümunələri sayıla bilər”, - deyə Qriqori Hüseynov əlavə edib.
Emil Hüseynov
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev