İDMAN


Ukraynalı yunan-Roma güləşçisi Olimpiadada qazandığı medalı xeyriyyəçilik məqsədilə satmaq istəyir

Bakı, 6 oktyabr, AZƏRTAC

Ukraynalı yunan-Roma güləşçisi Jan Belenyuk (87 kq) Tokio Olimpiya Oyunlarında qazandığı qızıl medalı satmaq və əldə etdiyi gəliri xəstə uşaqlar üçün xeyriyyəçiliyə sərf etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, J.Belenyuk Tokio Yay Olimpiya Oyunlarında Ukrayna komandasının yeganə qızıl medalını qazanıb. “Rio-2016”da gümüş, dünya çempionatında iki qızıl, bir gümüş və bir bürünc, Avropa çempionatında isə üç qızıl və iki bürünc medal əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.