DÜNYA
Ukraynalıların 80 faizindən çoxu NATO-ya üzv olmağı dəstəkləyir
Kiyev, 3 oktyabr, AZƏRTAC
Ukraynalıların 80 faizindən çoxu ölkəsinin Avropa İttifaqı və NATO-ya qoşulmağını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələrində qeyd olunur.
Sorğunun nəticələrinə görə, respondentlərin 86 faizi referendum keçiriləcəyi təqdirdə Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyəcək (əleyhinə - 3 faiz, səs verməyəcək – 7 faiz). Bütün makroregionların və yaş qruplarının nümayəndələri arasında Aİ-yə daxil olmağa dəstək yekdildir.
NATO-ya qoşulmağa dəstək müşahidələr tarixində ən yüksək göstəricidir: referendumda bu təşəbbüsü 83 faiz dəstəkləyəcək, əleyhinə - 4 faiz, 9 faiz səs verməyəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]