SİYASƏT


Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb

Kiyev, 14 may, AZƏRTAC

Ukraynanın populyar “5 kanal” televiziyası Naxçıvan haqqında hazırladığı ikinci reportajı yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Naxçıvanın Duzdağ sanatoriyası, “Qarabağlar türbəsi”, muxtar respublikanın tarixi, istehsal etdiyi məhsulları haqqında tamaşaçılara ətraflı məlumat verilib.

Naxçıvan şəhərinin təmizliyinə və səliqəsinə heyran olan aparıcı Nadya Baziv insanların qonaqpərvərliyini xüsusi vurğulayıb.

Verilişin aparıcısı Naxçıvanın istehsal etdiyi milli məhsulların dünyada tanındığını qeyd edib. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Naxçıvanın milli məhsullarının ekoloji cəhətdən təmizliyini, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə bu məhsullara tələbatın böyük olduğunu qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.