SİYASƏT


Ukraynanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib.

Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.