DÜNYA


Ukraynanın Baş naziri ölkənin inkişafı üçün 750 milyard dollar lazım olduğunu bildirib

Bakı, 5 iyul, AZƏRTAC

Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin inkişafı üçün 750 milyard dollar lazım olduğunu bildirib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, İsveçrənin Luqano şəhərində Ukrayna İnkişaf Konfransında çıxış edən Denis Şmıqal Rusiyanın hücumları nəticəsində dəyən zərərdən danışıb. O, müharibənin başladığı 24 fevraldan bəri Ukraynadakı infrastruktura vurulan ziyanın 100 milyard dollara çatdığını bildirərək, ölkəsinin yenidən qurulması üçün üç mərhələli inkişaf planı həyata keçirilməsinin lazım gəldiyini deyib.

Denis Şmıqalın sözlərinə görə, ilk mərhələdə əhalinin yaşayışının normal vəziyyətə qayıtmasını təmin etmək lazımdır. İkinci mərhələdə müvəqqəti evlər, xəstəxana və məktəb binaları tikilməsi, üçüncü mərhələdə isə ölkənin inkişaf planının həyata keçirilməsi nəzərdə tutulur. İnkişaf planının reallaşmasına 750 milyard dollar lazım olduğunu vurğulayan Şmıqal sual edib: “Bu yenidənqurma planı üçün lazım olan pulu kim ödəyəcək?”.

Konfransda çıxış edən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukraynanın müharibə sonrası yaralarının sağaldılması üçün Aİ-nin özəl bir platforma yaradacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.