DÜNYA
Ukraynanın Çerkası şəhərində silahlı şəxslər siyasi partiya binasını zəbt ediblər
Kiyev, 25 may, AZƏRTAC
Ukraynanın Çerkası şəhərində naməlum silahlı şəxslər yerli siyasi partiyanın binasını zəbt ediblər.
AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, qumbara və tapança ilə silahlanmış iki nəfər binanı partladacaqları ilə hədələyiblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının operativ qrupu, təcili yardım briqadası gəlib. Binada atışma səsləri eşidilib.
Yerli mətbuatın məlumatına görə, atışma zamanı bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Ölən şəxsin Çerkası Vilayət Şurasının deputatı Sergey Quranın olduğu bildirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]