ELM VƏ TƏHSİL
Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Mədəni-Tədris Mərkəzi açılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və bu ali təhsil ocağının təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində (ÇMTU) Azərbaycan Mədəni-Tədris Mərkəzinin və Bazar Günü Azərbaycan Məktəbinin açılışında iştirak ediblər.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, bu universitetin nümayəndələri ÇMTU-nun rəhbərliyinin dəvəti ilə Ukraynada səfərdədirlər.
Səfər çərçivəsində BSU ilə ÇMTU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti, ÇMTU arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
BSU-nun nümayəndələri “Art dvor” sosial layihəsinin təqdimatında da iştirak ediblər.