SİYASƏT


Ukraynanın “İnter” kanalında işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işləri ilə bağlı reportaj yayımlanıb VİDEO

Kiyev, 21 iyun, AZƏRTAC

Ukraynanın nüfuzlu “İnter” kanalında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri ilə bağlı xüsusi reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, kanalın xəbərlər proqramında yayımlanan reportajda Füzulidən olan məcburi köçkündən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən, “Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyevdən müsahibələr alınıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, Füzuli aeroportunda aparılan işlər, minalanmış ərazilər, iri iqtisadi layihələr barədə ətraflı danışılıb. Reportajda qeyd olunub ki, Azərbaycan bütün gücünü işğaldan azad edilən ərazilərin yenidən qurulmasına yönəldib. Həmin ərazilərdə aeroportlar tikilir, yeni magistral yollar, körpülər salınır. Bundan başqa, işğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təminatı üçün yeni elektrik stansiyaları inşa edilir.

“Dağlıq Qarabağ nəhayət dinc həyata qayıdır. Azərbaycan bu əraziləri dirçəltməyə başlayıb. Avqust ayında Şuşa şəhərinə aparan yolun açılışı olacaq” - deyə ukraynalı jurnalist qeyd edib.

Reportajda, həmçinin Ermənistan minalanmış ərazilərin xəritəsini vermədiyindən, insanlar mina partlayışının qurbanı olmasında, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Qarabağa səfəri, Şuşa Bəyannaməsinin imzalanmasından da danışılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.