SİYASƏT


Ukraynanın “Kiyev diplomatik” jurnalında Ulu Öndər haqqında məqalə dərc edilib

Kiyev, 9 may, AZƏRTAC

Ukraynanın nüfuzlu “Kiyev diplomatik” jurnalında həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ukraynada Heydər Əliyevə hər zaman görkəmli bir dövlət xadimi kimi dərin hörmətlə yanaşıldığı qeyd olunub. Bildirilib ki, Ulu Öndər xidmətlərinə görə, Ukrayna dövlətinin ən yüksək mükafatları ilə təltif edilib, Kiyev şəhərinin fəxri vətəndaşı, Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adına layiq görülüb.

Müəllif məqalədə dünyanın tanınmış ictimai-siyasi xadimlərinin Heydər Əliyev haqqında söylədiyi fikirlərə geniş yer ayırıb, Ulu Öndərin Azərbaycan və dünya siyasəti üçün gördüyü xidmətləri barədə ətraflı məlumat verib.

İndiki Azərbaycan dövləti təməli Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti həyata keçirməyi davam edir. Hazırladığı strateji kurs siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində inkişafa güclü təkan verdi və zəngin siyasi təcrübəsi əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyevin siyasi və iqtisadi kursu uğurla davam etdirilir, insanların hüquq və azadlıqları, milli-dövlət quruluşunun mənafeləri və açıq cəmiyyətin ən yüksək dəyərləri qorunur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.