DÜNYA


Ukraynanın Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 10-a çatıb

Kiyev, 27 iyun, AZƏRTAC

Ukraynanın Poltva vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 40 nəfər isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Luninin “Telegram” səhifəsində məlumat yayıb.

Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.