DÜNYA


Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub

Kiyev, 26 mart, AZƏRTAC

Martın 26-da Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Lvov şəhər meri Andrey Sadovoy teleqram səhifəsində məlumat verib.

Mer vətəndaşlara sığınacaqdan çıxmamağı tövsiyə edib.

Qeyd edək ki, Lvov şəhəri ətrafında 3 partlayış səsi eşidilib.

Lvov vilayət Administrasiyasının rəhbəri Maksim Kozitskiyin verdiyi məlumata görə, raket atəşi nəticəsində 5 nəfər xəsarət alıb. Raketlərin mülki evlərə və ya digər infrastruktura vurduğu ziyan barədə hələ dəqiq məlumat yoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.