DÜNYA


Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən istefa verib

Kiyev, 17 may, AZƏRTAC

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov vəzifəsindən istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Turçinov özü açıqlama verib.

“Məni vəzifəyə təyin edən Prezidentin səlahiyyət müddəti başa çatdığı üçün vəzifədən getmək barədə ərizəmi qəbul etməyinizi xahiş edirəm", - deyə o açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün Ukraynanın xarici işlər naziri Pavel Klimkin də vəzifəsindən istefa verməsi barədə ərizə yazıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.