CƏMİYYƏT


Ukraynanın Mirqorod şəhər muzeyində “Azərbaycan guşəsi” açılıb

Kiyev, 27 sentyabr, AZƏRTAC

Ukraynanın Mirqorod şəhərinin Tarix Muzeyində 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə “Azərbaycan guşəsi” açılıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Mirqorod şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə muzeydə yaradılan guşədə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket hücumları nəticəsində həlak olan mülki şəxslərlə bağlı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərlərini, Ordumuzun qəhrəmanlığını əks etdirən fotolar, məlumat kitabçaları sərgilənir.

BUAK-ın Mirqorod şəhər təşkilatının sədri Zamir İsmayılov AZƏRTAC-a bildirib ki, muzeydə 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi”nin yaradılması artıq ənənə halını alıb. Belə ki, 2021-ci ilin müvafiq dövründə də bu guşə fəaliyyət göstərib.

Mirqorod Tarix Muzeyində 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi” 10 gün müddətində fəaliyyət göstərəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.