DÜNYA


Ukraynanın Nazirlər Kabineti Yeni il bayramı ərəfəsində karantin rejimini sərtləşdirə bilər

Kiyev, 26 noyabr, AZƏRTAC

Ukrayna Nazirlər Kabineti ölkədə koronavirusla bağlı vəziyyətin inkişafının bütün mümkün ssenarilərinə, o cümlədən yeni il bayramları zamanı karantin rejiminin sərtləşdirilməsinə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.

O hazırda bütün Ukraynanın “narıncı” zonaya alındığını, ölkə ərazisində karantin rejiminin qüvvədə olduğunu qeyd edib. Bu, sərt karantin tədbirləri və məhdudiyyətləri müqabilində ölçülüb-biçilmiş alternativ bir addımdır. Lakin bununla belə, hazırda hökumət bütün mövcud ssenariləri, o cümlədən qış bayramları ərəfəsində karantin rejiminin tətbiq olunmasının zəruriliyini nəzərdən keçirir.

Xatırladaq ki, bundan əvvəl Baş nazir qeyd etmişdi ki, indi söhbət Ukraynada daha sərt tədbirlərin tətbiq olunmasından getmir. Hökumət gizlətmir və açıq şəkildə bildirir ki, ölkədə koronavirusla bağlı vəziyyətin gərginləşməsi müvafiq tədbirlərin görülməsini tələb edir. Amma bu addımlar insanlar və biznes üçün təbii ki, aydın və proqnozlaşdırıla bilən olmalıdır.

 

Rüstəm Məmmədov

Kiyev

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.