SİYASƏT


Ukraynanın Sumı Vilayət Deputatlar Şurasının sədri Prezidentə məktubunda yazır: Azərbaycan ərazi bütövlüyü uğrunda ədalətli mübarizə aparır

Ukraynanın Sumı Vilayət Deputatlar Şurasının sədri Prezidentə məktubunda yazır: Azərbaycan ərazi bütövlüyü uğrunda ədalətli mübarizə aparır

Bakı, 6 oktyabr, AZƏRTAC 

Bu gün Azərbaycan ərazi bütövlüyü uğrunda ədalətli mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, bu fikir Ukraynanın Sumı Vilayət Deputatlar Şurasının sədri Vladimir Tokarın Prezident İlham Əliyevə məktubunda yer alıb.

Məktubda deyilir: “Hörmətli cənab Prezident, Ukrayna ilə Azərbaycan arasında daim dost və tərəfdaşlıq münasibətləri olub. Azərbaycan dost bir ölkə kimi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədi və dəstəkləməyə davam edir. Odur ki, bu gün Azərbaycan ərazi bütövlüyü üçün ədalətli bir mübarizə apararkən, şəxsən mən uzun müddət Bakıda və ölkənin digər şəhərlərində yaşamış bir insan kimi Sizi və bütün Azərbaycan xalqını dəstəkləyirəm. Axı, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. Sumı Vilayət Deputatlar Şurasının sədri, həmçinin bir siyasətçi kimi hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə sülh yolu ilə həll olmalıdır. Ermənistanın beynəlxalq hüququ, sülh danışıqlarını açıq şəkildə pozan və insan tələfatı ilə nəticələnən hücumlarını qınayıram. Sülhsevər Azərbaycan və Ukrayna xalqlarına bu çətin lokal münaqişələrdən ən qısa zamanda xilas olmağı və ölkələrində sülhü və sabitliyi bərpa etməyi arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.