CƏMİYYƏT


Ukraynanın Vinnitsa vilayətindən quşçuluq məhsullarının idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Ukraynanın Vinnista vilayətində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələbləri nəzərə alınmaqla, AQTA tərəfindən Ukraynanın Vinnitsa vilayətindən Azərbaycan Respublikasına idxal olunan bütün növ diri quş və quşçuluq məhsullarının idxalına 2020-ci il 16 aprel tarixindən etibarən tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.