Ukraynanın ən böyük neft emalı zavodu 6 raketlə vurulub
AzerTAg.az
Kiyev, 18 iyun, AZƏRTAC
Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində yerləşən neft emalı zavoduna 6 raket atılıb. Daha iki raket isə istilik elektrik stansiyasına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Poltava Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin teleqram səhifəsində məlumat verib
Qeyd edib ki, Rusiyanın 6 raketi onsuz da işləməyən Kremençuq neft emalı zavoduna, 2 raket isə istilik elektrik stansiyasına düşüb, xoşbəxtlikdən itki olmayıb.
Dmitri Luninin sözlərinə görə, genişmiqyaslı müharibə zamanı Poltava vilayətinin bütün infrastrukturu arasında ən böyük hücumlara və dağıntılara Kremençuk neft emalı zavodu və istilik elektrik stansiyası məruz qalıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin mətnində orfoqrafik səhv var