İQTİSADİYYAT
Ukraynanın energetika və kömür sənayesi naziri Azərbaycanın Energetika Nazirliyində olub
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşlərinin əhəmiyyəti vurğulanıb, bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı qeyd olunub. Həmçinin siyasi münasibətlərlə yanaşı, iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin, biznes strukturları arasında görüşlərin təşkil edilməsinin önəmindən bəhs olunub.
Görüşdə “Ukrayna Neftoqaz” şirkəti idarə heyətinin sədri Andrey Kobolev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak ediblər.